Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində panel müzakirələr başlayıb.
“Report” xəbər verir ki, Zəngilan şəhərində keçirilən ilk panel müzakirəsi “Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər” mövzusuna həsr olunub.
“Bakı Resurs Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyninin moderatorluğu ilə baş tutan müzakirələrdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu, “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin sədri Abbas Abbasov, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova iştirak edirlər.