Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Biləsuvar rayon sakinləri İsaq Dadaşov və Məmmədəli Bağırov olduğu müəyyənləşdirilib.
Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.