Zakir Həsənov Çinin “Poly Technologies” şirkətində olub

Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.

Türk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

ƏvvəlkiErmənistan silahlı bölmələri atəşkəsi 87 dəfə pozub
NövbətiAzərbaycan prezidentinə Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı təqdim edilib