Zaporojyedən çıxışda növbə tutan mülki avtomobil karvanına raket zərbəsi endirilib, nəticədə azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxa bildirib.
“Hazırda 23 ölü, 28 yaralının olduğu məlumdur. Həlak olanların hamısı mülki şəxslərdir”, – deyə o qeyd edib.