Zelenski Türkiyədə səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – agentliyin məlumatında qeyd olunub.

Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.

ƏvvəlkiAzərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur
NövbətiBaş nazir Əli Əsədov İrana işgüzar səfər edib